"Qarabağ"da oynamış forvard fikrini dəyişdi - qanalı Azərbaycana qayıtmaq istəyir

11:49 - 25 Avqust 2024

“Qarabağ”dan ayrıldıqdan sonra “Ferentsvaroş”a keçmiş Ovusu Kvabena özünü Macarıstanda xoşbəxt hiss etmir. 

Sportal.az saytına verilən məlumata görə, qanalı futbolçu “Ferentsvaroş”u tərk etmək istəyən Ovusu yenidən “Qarabağ”a qayıtmağı planlaşdırır. Kvabena Macarıstan klubunun oyun stilinə uyğunlaşmaqda çətinlik çəkdiyi üçün qışda “Ferentsvaroş”dan ayrılaraq, Azərbaycana qayıtmaq niyyətindədir.

O, bununla bağlı menecerini məlumatlandırıb. Futbolçuya əslində, fərqli klublardan təkliflər çoxdur. Ovusu isə “Qarabağ”da oynamaq istəyir. Bunun reallaşıb-reallaşmayacağı isə qışda dəqiqləşəcək.

Karyerası ərzində “Toledo”, “Leqanes”, “Ovyedo”, “Salamanka”, “Kordoba” klublarında oynadıqdan sonra “Qarabağ”a keçmiş Ovusu 2025-ci il iyunun 30-na qədər “Ferentsvaroş”a məxsusdur. O, 2020-2023-cü illərdə "Qarabağ"ın formasını geyinib.
 

Xəbər xətti