"Beşiktaş"ın sabiq kapitanı 31 yaşında karyerasını başa vurdu

19:16 - 26 Avqust 2024

"Beşiktaş"ın sabiq futbolçusu və kapitanı Oğuzhan Özyakup karyerası ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, Niderlandın "Fortuna Sittard" klubunun yarımmüdafiəçisi peşəkar karyerasını başa vurub. Bu barədə 31 yaşlı futbolçu öz sosial şəbəkə hesablarında məlumat yayıb.

Qeyd edək ki, Oğuzhan Özyakup "AZ Alkmar"ın yetirməsidir. O, daha sonra "Arsenal"ın aşağı yaş qruplarından ibarət komanlarında çıxış edib.

2012-2022-ci illərdə "Beşiktaş"ın formasını geyinən təcrübəli yarımmüdafiəçi "qara qartallar"ın heyətində keçirdiyi 310 rəsmi matçda 35 qol və 62 məhsuldar ötürmə ilə yadda qalıb. Oğuzhan həmçinin, 2020/2021 mövsümünün ikinci yarısında icarə əsasında "Feyenoord"un şərəfini qoruyub. Futbolçu Türkiyə millisinin heyətində 43 oyunda meydana çıxıb, 1 qol vurub, 3 assist edib.


Xəbər xətti