UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, ilk oyun günündə üç matç baş tutub.
"Qalatasaray" İstanbulda “Yanq Boyz”a uduzaraq ÇL-dən uzaq düşüb.
"Zalsburq" "Dinamo" ilə bərabərə qalaraq, "Sparta” isə “Malmö”ya qalib gələrək Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunları
27 avqust
"Qalatasaray" (Türkiyə) – Yanq Boyz (İsveçrə) 0:1
Qol:Virginius, 87
İlk oyun 2:3
"Zalstburq" (Avstriya) – "Dinamo" (Kiyev, Ukrayna) 1:1
Qollar: A.Dagim, 12 – V.Vanat, 29
İlk oyun 2:0
"Sparta" (Praqa, Çexiya) – "Malmö" (İsveç) 2:0
Qollar: L.Haraslin, 80 (pen.), A.Rahmani, 83
İlk oyun 2:0