Türkiyənin "Qalatasaray" klubunda ayrılıq gerçəkləşib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Leo Dübua ilə yollarını ayırıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransalı sağ cinah müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, "Qalatasaray" Leo Dübuanı 2022-ci ilin yayında "Lion"dan transfer etmişdi. 29 yaşlı futbolçu ötən mövsüm icarə əsasında "Başakşehir"də çıxış edib.
saytlarin hazirlanmasi