Avropa Liqasında "Qarabağ"ın rəqiblərindən olan "Olimpiakos" heyətini gücləndirib.
Sportal.az xəbər verir ki, Pirey təmsilçisi Braziliya millisinin sabiq üzvü Villianla anlaşıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Yunanlar 36 yaşlı yarımmüdafiəçi ilə bir illik müqavilə imzalayıb.
Villian karyerası ərzində "Çelsi", “Arsenal”, "Anji", "Fulhem" klublarında oynayıb.
Qeyd edək ki, "Olimpiakos" - "Qarabağ" görüşü 2025-ci il yanvar 30-da Pireydə keçiriləcək.
saytlarin hazirlanmasi