"Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev Sportal.az saytına açıqlama verib.
O, Ağdam klubunun Premyer Liqanın 5-ci turunun "Zirə" ilə görüşdəki qələbəsini şərh edib.
Həmçinin, "Qarabağ" üçün Avropa Liqasındakı püşkatmanı dəyərləndirib.
"Zirə"yə qarşı oyunumuz yaxşı oyun oldu. Komanda şəklində yaxşı oyun keçirdik, baş məşqçimizin dediklərini meydanda etməyə çalışdıq. Hesabda da 3:1 qalib gəldik. Qələbə qazandığımız üçün şadam.
Avropa Liqasına gəldikdə, orada 8 fərqli rəqiblə oynayacağıq. Tanınmış komandalar çoxdur. "Qarabağ" bu cür top komandalarla az oynamayıb. Normal baxırıq. Oynayacağıq, əlimizdən gələni edəcəyik ki, öz oyunumuzu oynayaq. "Tottenhem"lə səfərdə oynayırıq, onlar üçün üstünlükdür. Bizim üçün çox çətin olacaq. Orada ab-hava bir başqa cür olacaq. Amma "Ayaks", "Lion" kimi böyük klublarla evdə oynayacağıq. Bu da bizim üstünlüyümüzdür. Ən yaxşısı üçün çalışacağıq".
saytlarin hazirlanmasi