Avropa Liqasında "Qarabağ"ın rəqiblərindən olan "Ayaks" aparıcı oyunçulardan birini satmağa hazırlaşır.
Sportal.az Niderland mətbuatına istinadən xəbər verir ki, Amsterdam təmsilçisinin yarımmüdafiəçisi Stiven Berqveyn Səudiyyə Ərəbistanına yollanıb.
"Əl-İttihad" bu futbolçunun keçidini həll edib.
Səudiyyə Ərəbistanı klubu 26 yaşlı futbolçu üçün "Ayaks"a 21 milyon avro ödəyib.
Yarımmüdafiəçi 2023/2024 mövsümündə Niderland çempionatında 24 matçda meydana çıxıb, 12 qol vurub və 4 asist edib.
Qeyd edək ki, "Qarabağ" - "Ayaks" görüşü oktyabrın 25-də Bakıda qarşılaşacaq.
saytlarin hazirlanmasi