"Beşiktaş" növbəti transferini reallaşdırıb.
Sportal.az xəbər verir ki, "qara qartal" Joao Marionun keçidini həll edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Benfika"dan transfer edilən portuqaliyalı ilə 1+2 illik müqavilə imzalanıb.
31 yaşlı futbolçu karyerası ərzində "Sportinq" (Lissabon), "Vest Hem", "Lokomotiv" (Moskva) və "İnter" klublarında oynayıb.
saytlarin hazirlanmasi