“Qalatasaray”ın futbolçusu Serxio Oliveyra karyerasını Yunanıstanda davam etdirəcək.
Sportal.az xəbər verir ki, portuqaliyalı futbolçu “Olimpiakos”la anlaşıb.
32 yaşlı yarımmüdafiəçi Pirey klubunda icarə əsasında oynayacaq.
Oliveyra “Porto”, “Beyra-Mar”, “Mexelen”, “Pasuş Ferreyra”, “Nant”, PAOK, “Roma” klublarında oynamışdı.
Qeyd edək ki, "Olimpiakos" Avropa Liqasında "Qarabağ"ın rəqiblərindən biridir. "Olimpiakos" - "Qarabağ" görüşü 2025-ci il yanvarın 30-da Pireydə keçiriləcək.
saytlarin hazirlanmasi