UEFA Millətlər Liqasında ilk turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, "Qarabağ"ın müdafiəçisi Marko Veşoviçin formasını geyindiyi Monteneqro millisi B Liqasının 4-cü qrupunun oyununda səfərdə İslandiyanın qonağı olub. Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Marko Veşoviç bu görüşün iştirakçısı olmayıb. 33 yaşlı sağ cimah müdafiəçisi sonadək ehtiyatda qalıb.

Monteneqro yığması növbəti turda doğma meydanda Uels seçməsini qəbul edəcək.