"Fənərbaxça" mövsümün sonunda klubla müqaviləsi başa çatan İrfan Can Kahveci ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi türk vingeri komandada saxlamağa nail olub. Bu barədə yerli mətbuat məlumat yayıb.
İrfan Can ilə yeni müqavilə barədə razılıq əldə olunub. Milli komandaların oyunları ilə bağlı çempionatda yaranmış fasilə bitdikdən sonra 29 yaşlı futbolçu 3 illik sözləşməyə qol çəkəcək.
Qeyd edək ki, "Fənərbaxça" İrfan Can Kahvecini 2021-ci ilin yanvar ayında "Başakşehir"dən transfer edib. Türkiyə millisinin üzvü Super Liqa təmsilçisinin heyətində keçirdiyi 136 rəsmi oyunda 30 qol və 28 assistlə yadda qalıb.
saytlarin hazirlanmasi