"Qalatasaray"ın futbolçusu Alkesandu Çikaldau komandanı tərk edib.
Sportal.az xəbər verir ki, uzun müddətdir icarə əsasında fərqli klublarda oynamış rumıniyalı ölkəsinə qayıdıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Türkiyə nəhəngi Çikaldaunu "Universitatya Krayova"ya satıb.
27 yaşlı yarımmüdafiəçi bu klubla 4 illik müqaviləyə qol çəkib.
"Qalatasaray" satışdan 1,5 milyon avro gəlir əldə edib. Qeyd edək ki, "cim-bom" onu 2021-ci ildə "Universitatya Krayova"dan transfer etmişdi.
O, daha çox "İttihad Kalba", "Konyaspor" klublarında icarə əsasında oynayıb.
saytlarin hazirlanmasi