Nigeriya millisinin forvardı Viktor Osimhen PSJ-yə keçə bilər.
Sportal.az “Footmercato”ya istinadən xəbər verir ki, Paris klubunun idman direktoru Luis Kampos bu haqda danışıb.
O, “Qalatasaray”da icarə əsasında oynayan forvardın mümkün keçidini şərh edib:
“Bu məsələ ilə bağlı məşğuluq. Hazırda o, icarə əsasında “Qalatasaray”dadır. Onun transferi üçün çalışırıq”.
Osimhenin "Napoli" ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi