Kaşuk "Səbail"lə matçda niyə iştirak etmir?

19:39 - 14 Sentyabr 2024

"Qarabağ" Misli Premyer Liqasının 6-cı turunda öz meydanında "Səbail"i qəbul edir.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin yeni transferi Aleksey Kaşuk bu görüşdə iştirak etmir. Ukraynalı vingerin adı matçın protokoluna daxil edilməyib.

"Qarabağ"ın mətbuat xidmətindən saytımıza verilən məlumata görə, Kaşuk hələ tam hazır deyil. Buna görə də 24 yaşlı futbolçunun adı oyunun protokolunda yoxdur.

Qeyd edək ki, "Qarabağ" Aleksey Kaşukla 3 illik müqavilə imzalayıb.

Xəbər xətti