"Qarabağ"ın forvardı Redon Cica Albaniyaya qayıtmaq imkanına sahibdir.
Sportal.az saytına verilən məlumata görə, adı Avropa Liqasının iştirak ərizəsinə daxil edilməyən Cicaya ölkəsindən təklif gəlib.
Belə ki, "Partizani" onu icarəyə götürməyi planlaşdırır. Albaniyanın titullu klublarından sayılan "Partizani" 26 yaşlı forvardı mövsümün sonuna qədər icarəyə götürmək niyyətindədir.
Amma "Qarabağ" böyük ehtimalla Cicanı buraxmayacaq və komandada saxlayacaq. Albaniyalı Ağdam klubuna 2023-cü il yanvarın 24-də keçib.
O, 2026-cı il iyunun 30-na qədər “Qarabağ”a məxsusdur.
saytlarin hazirlanmasi