"Qarabağ"ın legioneri Yassin Benziyaya təkliflər gəlməkdədir.
Sportal.az saytına verilən məlumata görə, əlcəzairli yarımmüdafiəçinin xidmətində Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ klubları maraqlıdır.
Xüsusən də, Səudiyyə Ərəbistanının yüksək liqa təmsilçiləri Benzia üçün mübarizə aparır. “Al-Xolud”, “Əl-Xalij” klubları “Qarabağ”ın legioneri üçün qışda rəsmi təklif göndərəcək.
Ərəblər onu məhz qış “transfer pəncərəsi” zamanı heyətinə qatmaq niyyətindədir.
Qeyd edək ki, Georgios Donisin rəhbərlik etdiyi kollektivdə “Qarabağ”ın sabiq qapıçısı İbrahim Şehiç də çıxış edir.Yassin Benzia 2023-cü il yanvarın 26-da “Qarabağ”a keçib. O, 2025-ci il iyunun 30-na qədər Azərbaycan çempionuna məxsusdur.
Yassin "Lion", "Lill", "Fənərbaxça", "Olimpiakos", "Dijon", "Hatayspor" klublarında oynayıb.
saytlarin hazirlanmasi