"Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutu Türkiyədə çalışa bilər.
Sportal.az xəbər verir ki, "Ankaragücü" rumıniyalı mütəxəssisi komandanın "sükan"ı arxasına gətirmək istəyir. Bu barədə "NTV Spor" məlumat yayıb.
I Liqa təmsilçisi Mutu ilə yanaşı Ömər Ərdoğanla da danışıq aparır. Paxtaxt klubu danışıqların nəticəsinə əsasən bu iki mütəxəssis arasında seçim edəcək.
Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov da "Ankaragücü"də çıxış edir.
Qeyd edək ki, Adrian Mutu 2023/2024 mövsümünün birinci yarısında "Neftçi"nin baş məşqçisi olub. Onun son iş yeri ölkəsində ÇFR olub.
saytlarin hazirlanmasi