"Qarabağ"ın rəqibi sabiq futbolçusunu geri qaytardı

09:47 - 18 Sentyabr 2024

Avropa Liqasında "Qarabağ"ın rəqibi olan "Ayaks" heyətini gücləndirib.

Sportal.az xəbər verir ki, Niderland klubu "İnter"dən ayrılan Devi Klassenlə anlaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı yarımmüdafiəçi "Ayaks"la bir illik müqaviləyə qol çəkib. O, bu klubla azad agent kimi keçib.

Klassen 2011-2017-ci və 2020-2023-cü illərdə “Ayaks”da, bununla yanaşı “Everton”, “Verder”də oynamışdı.

Qeyd edək ki, "Qarabağ" - "Ayaks" matçı oktyabrın 24-də Bakıda baş tutacaq.

 

Xəbər xətti