"Qalatasaray" və Uruqvay millisinin futbolçusu Lukas Torreyra Türkiyəni tərk edə bilər.
Sportal.az “TRT Spor”a istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçu Səudiyyə Ərəbistanı klubları maraq göstərir.
Bu ölkənin yüksək liqasında yarışan “Əl-Şabab” Torreyranı qış “transfer pəncərəsi” zamanı heyətinə qatmağı planlaşdırır. Ərəb klubunun baş məşqçisi Vitor Pereyra Lukasın transfer edilməsini rəhbərlikdən xahiş edib.
Qeyd edək ki, Torreyranın “Qalatasaray”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.