"Fənərbaxça" basketbol üzrə Türkiyə milli komandasına oyunçu göndərməyəcək.
Sportal.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Buna səbəb Yunanıstanın "Panathinaikos" klubunun və Türkiyə millisinin baş məşqçisi olan Ergin Atamanın davranışıdır. Belə ki, türk mütəxəssis "Panathinaikos"un "Qalatasaray"la keçirdiyi yoldaşlıq oyununda tribunalara əl ilə jest edib. O, bu jesti ilə ötən həftə futbol üzrə Türkiyə Super Liqasının 6-cı turunda "Qalatasaray"ın "Fənərbaxça"nı 3:1 hesabı ilə məğlub etməsinə işarə edib.
"Fənərbaxça"nın yaydığı bəyanatda Ergin Atamanın baş məşqçi olduğu dövrdə klubun yığmaya oyunçu göndərməyəcəyi qeyd olunub.
saytlarin hazirlanmasi