UEFA "Qarabağ"dan yazdı: Bayramov intriqanı geri qaytara bilərdi

12:03 - 27 Sentyabr 2024

UEFA: Toral Bayramov intriqanı geri qaytara bilər UEFA-nın rəsmi saytı İngiltərənin “Tottenhem” klubunun Avropa Liqasının əsas mərhələsinin ilk turunda Londonda “Qarabağ” üzərində qazandığı qələbəni (3:0) şərh edib.

Sportal.az xəbər verir ki, London klubunun evdəki qalibiyyəti haqda bunlar qeyd edilib:

“Spurs” azlıqda olsa belə, inamlı qələbə qazandı. Eksperimental müdafiə xətti quran londonlular lap əvvəldən topu itirməyə başladılar ki, bu da sonda Radu Draquşinin 8-ci dəqiqədə meydandan qovulması ilə nəticələndi. “Qarabağ” üstünlüyünü inkişaf etdirməyə çalışsa da, bir sıra qol imkanlarını əldən verdi. Amma “Tottenhem” qonaqların müdafiə səhvindən dərhal yararlandı və Brennan Consonun səyi ilə hesabı qısa zamanda açıb. Fasilədən sonra meydan sahiblərinin qapıçısı Qulyelmo Vikario çərçivədə möcüzələr yaratdı. Əks-hücumlardakı komanda yoldaşları Papa Sarra və Dominik Solankenin qolları sayəsində hesabı böyütdülər. Toral Bayramov penaltidən intriqanı geri qaytara bilərdi, amma o, topu qapının dirəyinə vurdu”.

Xəbər xətti