Türkiyə Super Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.
Sportal.az xəbər verir ki, Burak Yılmaz "Kayserispor"dan ayrılıb. 39 yaşlı mütəxəssis Super Liqanın 7-ci turunun "Beşiktaş"la matçından sonra istefa verdiyini açıqlayıb.
Qeyd edək ki, Burak Yılmaz bu ilin yanvar ayında "Kayserispor"un baş məşqçisi təyin olunmuşdu. Komanda Super Liqada 7 turdan sonra 3 xal toplayıb və turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi