Bakı klubunun legioneri: "Kiçik səhvlərə görə uduzuruq"

16:48 - 1 Oktyabr 2024

"Səbail"in yarımmüdafiəçi Qorka Laruçça Sportal.az saytına açıqlama verib.

Misli Premyer Liqasının 8-ci turunda "Araz-Naxçıvan"la görüşdə dubl edən ispaniyalı(3:2) bunları bildirib:

"Matça pis başlamamışdıq. Səhvlər etdik, ancaq daim hücum etməyə çalışırdıq. Təəssüf ki, gedişat dəyişdo. Səhvlərə yol verdik və qolla nəticələndi. Nəticə fərqli ola bilərdi, amma fərqli oldu. İkinci hissənin əvvəlində zəif oynadıq. Penalti də qırılma anları oldu. Ardıcıl matçlarda uduzsaq da, pis oynamırıq. Yaxşı komandamız var. Niyə uduzduğumuzu düzü anlamıram. Yaxşı oynayırıq, amma sonda uduzuruq. Əlimizdən gələni edirik ki, vəziyyəti düzəldək".

İspaniyalı yarımmüdafiəçi komandasının Misli Premyer Liqasının 9-cu turunda qarşılaşacaqları "Şamaxı" ilə matçda şanslarını dəyərləndirib:

"Növbəti turda "Şamaxı" ilə qarşılaşacağıq. Vacib matçdır. Qalib gəlmək lazımdır. Daha az səhv etməliyik. Məşqlərimizi yerini yetiririk, yaxşı hazırlaşırıq. İnanıram ki, bu oyunda qalib gələcəyik. Əslində, biz kiçik səhvlərə görə uduzuruq. Onları düzəltsək, yaxşı nəticə olacaq".

Xəbər xətti