“Harts”ın qapıçısı Kreyq Qordon Konfrans Liqasının əsas mərhələsinin 1-ci turunun Sumqayıt şəhərində Belarusun “Dinamo” (Minsk) klubuna qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bildirib.
Sportal.az xəbər verir ki, klubun rəsmi saytına danışan Qordon bunları deyib:
"Azərbaycanda bizim böyük şansımız var. Azərbaycana gəlmək xoşdur. Burada istədiyimiz nəticəni əldə etməyə çalışacağıq".
Xatırladaq ki, UEFA-nın sanksiyalarına görə Belarus klubu KL-də ev oyunları üçün Mehdi Hüseynzadə arenasını seçib.
"Dinamo" - "Haarts" matçı saat 20:45-də başlayacaq.
saytlarin hazirlanmasi