"Turan Tovuz"un legioneri: "İndi daha çox sərbəstliyim var, bu da statistikada özünü göstərir"

16:22 - 6 Oktyabr 2024

"Turan-Tovuz"un yarımmüdafiəçisi Kristian da Silva Braziliya mətbuatına danışıb.

Sportal.az xəbər verir ki, "Terra"ya açıqlama verən braziliyalı futbolçu Misli Premyer Liqasında keçirdiyi 8 oyunda vurduğu iki qoldan bəhs edib:

"Mən həmişə müdafiəyə daha çox diqqət yetirən, komandanın müdafiədən çıxmasına kömək edən və onu əhatə edən oyunçu olmuşam. Buna görə də hücumda nadir hallarda iştirak edirəm. 2024/2025 mövsümündə bir az daha sərbəstliyim var və bu, statistikada özünü göstərir. Ümid edirəm ki, indi daha çox qol vurub öz rekordumu qıra bilərəm".

Qeyd edək ki, Kristian indiyə qədər karyerası ərzində bir mövsümdə iki qoldan çox vurmayıb. Əlavə edək ki, o, karyerası ərzində APOEL, “ÇFR Kluj”, “Nasyonal”, “Pakoş Ferreyra”, “Feyrense”, “Kasa Pia”, “Akademika Koimbra”, “Sabah” klublarında oynadıqdan sonra bu yay “Turan Tovuz”a keçmişdi. 
 

Xəbər xətti