"Neftçi" onu göndərməyi planlaşdırır

17:22 - 6 Oktyabr 2024

"Neftçi" daha bir legioneri ilə yollarını ayırmağı planlaşdırır.

Sportal.az saytına verilən məlumata görə, “ağ-qaralar” Andre Şinyaşiki ilə yoluna davam etmək istəmir. Məlumata görə, “Neftçi” onunla hətta bu qış yollarını ayırmaq istəyir.

Amma onun müqavilə müddəti mövsümün sonunda başa çatdığından “Neftçi” qışda braziliyalını göndərmək üçün təzminat ödəməli olacaq. Lakin danışıqlardan asılı olaraq, Andrenin yaya qədər də komandadan göndərilməsi mümkündür.

Qeyd edək ki, Şinyaşiki 2023-cü ildə avqustun 1-də “Neftçi”yə keçib və onun müqavilə müddəti 2025-ci il iyunun 30-da başa çatacaq.
 

Xəbər xətti