"Neftçi"nin futbolçusu: "Braziliya və Azərbaycan futbolu daha üstündür"

15:23 - 6 Oktyabr 2024

"Neftçi"nin hücumçusu Andre Şinyaşiki Braziliya, Azərbaycan və ABŞ futbolunun fərqindən danışıb.

Sportal.az xəbər verir ki, “IstoE”yə danışan braziliyalı hücumçu bunları qeyd edib:

"Texniki baxımdan Braziliya və Azərbaycan futbolu ABŞ futbolundan üstündür. Orada daha çox fiziki futbola, çox təmas və sürətli tempə üstünlük verilir. Məsələn, Braziliyada oyunun taktiki hissəsi daha çox inkişaf edib".

Qeyd edək ki, Şinyaşiki “Neftçi”yə keçməmişdən əvvəl MLS-də “Kolorado” və “Şarlotta” klublarında oynayıb. 27 yaşlı futbolçunun “Neftçi” ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.

Xəbər xətti