"Barselona"nın yeni transferi siqaret çəkir - səbəbi bəlli oldu

12:46 - 6 Oktyabr 2024

"Barselona"nın yeni qapıçısı Voyçex Şesnı karyerasını bərpa etsə də, hələ də siqaret çəkdiyi bəlli olub.

Sportal.az “Marca”ya istinadən xəbər verir ki, Kataloniya klubunun qolkiperi zərərli vərdişdən əl çəkməyib. 

Amma polşalının bunu nəyə görə etdiyi açıqlanıb. Belə ki, Şesnının yaxın ətrafından verilən məlumata görə, təcrübəli qolkiper bunu stressi aradan qaldırmaq üçün etdiyi da bildirilib.

Qeyd edək ki, Şesnının “Arsenal”da çıxış edərkən də siqarət çəkdiyi görülmüşdü.
 

Xəbər xətti