"Qarabağ" zamanla daha güclü olacaq, sadəcə Premyer Liqada onlara daha yaxşı rəqabət lazımdır"

12:22 - 6 Oktyabr 2024

“Bilirdim ki, “Qarabağ”ın “Malmö”yə qarşı oyunu çətin keçəcək. Amma istənilən halda, “Qarabağ”ın qələbə qazanacağına inanırdım. Məğlubiyyət olsa da, “Qarabağ”ın oyununda problem yoxdur. Sadəcə unutmayaq ki, rəqiblər daha güclü liqalarda oynayır, avrokuboklarda təcrübələri daha çoxdur".

Bu sözləri Sportal.az saytına açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Artim Şakiri deyib. 

Şimali makedoniyalı veteran Ağdam klubunun avrokuboklardakı çıxışını dəyərləndirib. Onun sözlərinə görə, Azərbaycan çempionu Avropa Liqasında növbəti turlarda istədiyi nəticələri qazana biləcək: 

"Avrokuboklarda komandalar təkcə “Qarabağ”a qarşı deyil, bütün rəqiblərə ciddi yanaşır. "Qarabağ" daha da güclü olacaq. Sadəcə Azərbaycan Premyer Liqasında daha yaxşı rəqabət lazımdır. Növbəti görüşlərdə də rəqiblər güclüdür. “Ayaks”ı hamımız tanıyırıq. Düzdür, onlar əvvəlki kimi deyillər, amma “Qarabağ”ın oyunçuları daha inamlı və sərt oynamalıdır. Məncə, bu komandanın şansı yenə də var. Amma ilk növbədə qarşıdakı turu düşünmək lazımdır".

Mirbağırağa

Xəbər xətti