"Neftçi"dən ayrılan futbolçu "Araz-Naxçıvan"a keçmədi, bu klubla anlaşdı

18:22 - 6 Oktyabr 2024

"Neftçi"dən ayrıldıqdan sonra bir müddət idi klubsuz qalan Ataa Caber Azərbaycana qayıdası olmayıb.

Sportal.az saytına verilən məlumata görə, "Araz-Naxçıvan"a keçidi gündəmdə olsa da, fələstinli futbolçu sonda Naxçıvan klubuna ailə məsələlərinə görə Azərbaycana qayıtmayacağını bildirib.

Dünən isə Caber özünə yeni komanda tapıb. Belə ki, “Neftçi”də oynamış yarımmüdafiəçi Qətərdə çıxış edəcək. O, bu ölkənin elə “Qətər” klubu ilə anlaşıb.

Xəbər xətti