"Yuventus"un baş məşqçisi: "Poqba ilə bağlı məsələyə klub qərar verəcək"

15:47 - 6 Oktyabr 2024

"Yuventus"un baş məşqçisi Tyaqo Motta Pol Poqbanın diskvalifikasiya müddətinin azaldılması ilə bağlı yayılan məlumatlar haqda danışıb.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, gənc mütəxəssis məsələ haqda bunları deyib:

"Poqba ilə bağlı məsələyə klub qərar verəcək. O, əla oyunçu idi. Lakin uzun müddətdir ki, oynamır. Mən yalnız indiki anı düşünürəm".

Qeyd edək ki, İdman Arbitraj Məhkəməsi (CAS) 2018-ci ildə Pol Poqbanın cəzasını 4 ildən 18 aya endirib. O, 2025-ci ilin martında meydana çıxa biləcək. Fevralda "Yuventus"un yarımmüdafiəçisi Poqbanın antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə diskvalifikasiya edilmişdi. İtaliya çempionatının 2023/24 mövsümünün 1-ci turunun "Udineze" ilə oyunundan (3:0) sonra Poqbanın dopinq-testi testosteron üçün müsbət nəticə vermişdi. 

Xəbər xətti