"Mançester Yunayted" ispaniyalı məşqçiyə təklif göndərdi

11:46 - 6 Oktyabr 2024

"Mançester Yunayted" Erik Ten Haqı əvəzləyəcək baş məşqçini göndərməyə hazırlaşır.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, Simone İnzaqi ilə razılaşa bilməyən "qırmızı şeytanlar" bu dəfə Xabi Alonso ilə danışıqlara başlayıb.

Mançester təmsilçisi mövsümün sonunda "Bayer"in çalışdırıcısını dəvət edəcək. 42 yaşlı mütəxəssis hələ ki, ilkin təklifə konkret cavab verməyib.

"Real" və "Bavariya"nı da çalışdırmaq ehtimalı olan Xabinin hansı seçimi edəcəyi dəqiq deyil.

Alonso 2022-ci ildən "Bayer"i çalışdırır. 

Xəbər xətti