Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Qabriel Paulista sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliyalı futbolçu Super Liqanın 8-ci turunun "Qaziantep"lə səfər matçında (1:1) ayaq əzələsindən zədələnib. 33 yaşlı mərkəz müdafiəçisi 3 həftə komandaya kömək edə bilməyəcək.
Qeyd edək ki, "Beşiktaş" Qabriel Paulistanı mövsümün əvvəlində "Atletiko"dan transfer edib. Təcrübəli oyunçu "qara qartallar"ın heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi