"Fənərbaxça" mövsümün sonunda müqaviləsi başa çatan Brayt Osayi-Samuel və İrfan Can Kahveci ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi hər iki futbolçunun komandada qalmasını istəyir. Bu barədə yerli mətbuat məlumat yayıb.
"Fənərbaxça" rəhbərliyi milli fasilədən sonra oyunçularla yeni sözləşmə ilə bağlı danışıqlara başlayacaq.
Qeyd edək ki, Brayt Osayi-Samuel 2021-ci ilin yanvar ayından "Fənərbaxça"da çıxış edir. İrfan Can Kahveci də məhz həmin vaxtdan "sarı-lacivərtlilər"in formasını geyinir.
saytlarin hazirlanmasi