"Beşiktaş"ın müdafiəçi Qabriel Paulista zədələnib.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 33 yaşlı braziliyalı futbolçu Türkiyə Superliqasının 8-ci turunda "Qaziantep"lə səfər matçında (1:1) bud arxa nahiyyəsindən zədə alıb.
Onun üç həftə meydanlara çıxa bilməyəcəyi dəqiqləşib.
"Beşiktaş" Paulistanı mövsümün əvvəlində "Atletiko"(Madrid) klubundan heyətinə qatıb.
saytlarin hazirlanmasi