"Qalatasaray" "Ayaks"ın forvardı Steven Berqeysi transfer etmək istəyir.
Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul təmsilçisi qış "transfer pəncərəsi" zamanı niderlandlının keçidini həll etməyi planlaşdırır.
32 yaşlı hücumçu özü də "Qalatasaray"da oynamağa hazırdır. Bu barədə menecerini məlumatlandırıb.
Onun "Ayaks"la müqaviləsi 2025-ci il iyunun 30-na başa çatacaq.
Niderland millisinin üzvü karyerası ərzində "Tvente", "Uotford", "Venlo", AZ Alkmaar, "Feyenoord" komandalarında oynadıqdan sonra 2021-ci ildə "Ayaks"a keçib.
saytlarin hazirlanmasi