Türkiyənin "Fənərbaxça" klubu mövsümün sonunda müqaviləsi başa çatan Duşan Tadiçlə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi serbiyalı vingeri komandada saxlamaq istəyir. Bu barədə yerli mətbuat məlumat yayıb.
"Fənərbaxça" 35 yaşlı futbolçuya 1+1 illik müqavilə təklif edəcək. Tərəflər arasında danışıqların yazın günlərdə başlayacağı bildirilir. Təcrübəli oyunçu özü də Türkiyədə qalmağa isti yanaşır.
Qeyd edək ki, "Fənərbaxça" Duşan Tadiçi ötən ilin yayında "Ayaks"dan transfer edib. Serbiya millisinin üzvü bu mövsüm Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 13 rəsmi matçda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi