"Napoli" asiyalı futbolçu transfer edəcək - səbəb başqadır

15:46 - 18 Oktyabr 2024

"Napoli" transfer məsələsində maraqlı addım atacaq. 

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, Neapol klubunun Asiyada populyarlığını artırmaq üçün heyətini ulduz asiyalı oyunçu ilə gücləndirmək istəyir.

Transfer variantları kimi Takefusa Kubo (“Real Sosyedad”) və yarımmüdafiəçi Kaoru Mitoma (“Brayton”) göstərilir.

PSJ-nin yarımmüdafiəçisi Li Kanjin də bu siyahıdadır, lakin İtaliya klubu bu transferin həyata keçirilməsinin asan olmayacağını anlayır.

"Napoli" hazırda bu yöndə işlərini davam etdirir. 

Xəbər xətti