Rumıniya millisinin üzvü "Atletiko"ya keçəcək

11:51 - 18 Oktyabr 2024

"Atletiko" heyətini rumıniyalı futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportal.az "El Mundo Deportivo"ya istinadən xəbər verir ki, Madrid təmsilçisi "Rayo Valyekano" və Rumıniya millisinin üzvü Andrei Ratunu transfer etmək istəyir. 

26 yaşlı müdafiəçinin özü də "Atletiko" ilə anlaşmaq istəyir.

"Rayo Valyekano" ilə müqavilə müddəti 2028-ci il oyunun 30-na qədər olan Ratu komandasına 25 milyon avro qazandıra bilər.

"Vilyarreal"ın yetirməsi olan rumıniyalı "Den Haaq", "Hueska" klublarında da oynayıb.

Xəbər xətti