"Sabah" - "Neftçi" matçının biletləri satışdadır

11:18 - 18 Oktyabr 2024

"Sabah"ın Misli Premyer Liqasının ikinci dövrəsində ilk ev oyunu “Neftçi”yə qarşı olacaq.

Sportal.az xəbər verir ki, 11-ci tur çərçivəsində baş tutacaq görüş oktyabrın 27-də, saat 17:00-da “Bank Respublika Arena”da baş tutacaq.

Qarşılaşmanın biletləri artıq satışdadır.

Biletləri bu gündən etibarən onlayn şəkildə “iticket.az” saytından, həmçinin oyun günü “Bank Respublika Arena”nın kassalarından əldə edə bilərsiniz.

Xəbər xətti