Azərbaycan yığmasının baş məşqçi postuna əsas namizəd bəlli oldu

11:34 - 18 Oktyabr 2024

Azərbaycanın U-21 yığmasının baş məşqçi postunda dəyişiklik olacaq.

Sportal.az xəbər verir ki, hazırkı baş məşqçisi Samir Əliyevlə müqavilə müddəti yenilənməyəcək.

Onun əvəzinə isə əsas namizəd Arif Əsədovdur. AFFA rəhbərliyinin əsas məqsədi aşağı yaş qruplarından ibarət yığmalarına xarici məşqçilərin dəvət olunmasıdır.

Buna baxmayaraq, U-21 yığması Əsədova tapşırıla bilər.

54 yaşlı mütəxəssis “Neftçi”, “Sabah” klublarını çalışdırıb, Azərbaycanın əsas millisində köməkçi məşqçi və baş məşqçi vəzifəsini icra edən məşqçi kimi işləyib.

Xəbər xətti