Türkiyəli məşqçi Moldova klubunu çalışdıracaq

10:49 - 18 Oktyabr 2024

Türkiyəli məşqçi Hikmet Karaman Moldovada çalışacaq. 

Sportal.az xəbər verir ki, təcrübəli mütəxəssis "Zimbru"ya baş məşqçi təyin edilib.

Bu barədə Moldova klubunun mətbuat xidməti məlumat yayıb.

Karaman Kişinyov təmsilçisi ilə 1,5 illik müqaviləyə qol çəkib. 

64 yaşlı mütəxəssis son dəfə “Adana Demirspor”da işləyib. O, karyerası ərzində “Kocaelispor”, “Ankaragücü”, “Rizespor”, “Alanyaspor”, “Kayserispor” kimi komandalarda çalışıb.

Xəbər xətti