Portuqaliya mətbuatı Santuşdan yazdı: O, bu yükü həmişə daşıyacaq

12:49 - 18 Oktyabr 2024

Portuqaliya mətbuatı Azərbaycan milli komandasının hazırkı baş məşqçisi Fernandu Santuşun "Porto"nun “sükanı arxasında” keçirdiyi uğursuz oyununu xatırlayıb. 

Sportal.az xəbər verir ki, portuqaliyalı "Porto"nun 1998/1999 mövsümündə “Torrense”yə ölkə kubokunda 0:1 uduzaraq turniri tərk edib:

"Fernandu Santuşun rəhbərliyi altında "Porto" "Das Antas" stadionunda həmin vaxt üçüncü liqada çıxış edən "Torrense"yə uduzmuşdu. Matçın qəhrəmanı 85-ci dəqiqədə yeganə qolu vuran Klaudio Oeyras idi. Fernandu Santuş mövsümü çempion kimi başa vurdu və "Pentanın mühəndisi" kimi tanındı. Lakin o, komandasının üçüncü liqa klubu tərəfindən kubokdan kənarlaşdırılmasının yükünü həmişə daşıyacaq".

Xəbər xətti