"Azərbaycan millisinin meydanda azlıqda qalması işimizə kömək etdi"

14:34 - 18 Oktyabr 2024

Slovakiya milli komandasının baş məşqçisi Françesko Kaltsonanın köməkçisi, Azərbaycanda legioner həyatı yaşamış Pavol Farkaş Sportal.az saytına açıqlama verib.

"Qəbələ"nin sabiq futbolçusu Bakıda keçirilmiş Azərbaycan - Slovakiya(1:3) görüşü haqda fikirlərini bildirib:

"Bakıdakı görüşdə yaxşı oynamadıq. Düzü, Azərbaycanla oyuna yorğun çıxmışdıq. Çünki bundan əvvəl İsveçlə qarşılaşmışdıq. Azərbaycan da təhlükəli rəqibdir. Hər halda, biz qələbə qazana bildik. Bizim üçün vacib qələbə idi.

Bəli, Azərbaycanın meydanda azlıqda qalması da işimizə kömək etdi. Amma Azərbaycan bizə öz gücünü göstərdi. Çox gərgin oyun idi. Şadam ki, qalib gəldik. Yenidən Tofiq Bəhramovu görmək xoş idi".

Xəbər xətti