"Bavariya"nın müdafiəçisi "Real" və "Barselona" arasında seçim edəcək

14:47 - 18 Oktyabr 2024

Kanada millisinin müdafiəçisi Alfonso Deyvis “Bavariya”dan ayrılmağa hazırlaşır.

Sportal.az “Marca”ya istinadən xəbər verir ki, 23 yaşlı futbolçu öncədən gözlənildiyi kimi “Real”a yox, böyük ehtimalla “Barselona”ya keçəcək.

Əslində, Deyvis uğrunda mübarizədə “Real” öndədir. Lakin tərəflər arasında razılıq əldə olunmayıb və futbolçunun özü də “Barselona”ya keçidə müsbət yanaşır. Kanadalı son seçimini edəcək.

Deyvisin “Bavariya” ilə müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir. O, 2019-cu ildən “Bavariya”da oynayır.
 

Xəbər xətti