"Fənərbaxça" İspaniya millisinin üzvü Serxio Reqillonu heyətinə qatmağa hazırlaşır.
Sportal.az "Fanatik"ə istinadən xəbər verir ki, Türkiyə klubunun baş məşqçisi Joze Mourinyo "Tottenhem"in futbolçusu üçün rəhbərliyə müraciət edib.
İstanbul klubu artıq Serxioya görə "Tottenhem" rəsmiləri ilə danışıqlara başlayıb.
27 yaşlı müdafiəçinin London təmsilçisi ilə müqavilə müddəti 2025-ci il oyunun 30-na qədərdir.
Reqillon "Real"(Madrid), "Loqronyes", "Sevilya", "Atletiko"(Madrid), "Mançester Yunayted" və "Brentford" klublarında oynayıb.
saytlarin hazirlanmasi