Azərbaycan çempionatına start verildi: "Neftçi" "Naxçıvan"a uduzdu

23:11 - 18 Oktyabr 2024

Basketbol üzrə Azərbaycan çempionatında 2024/2025 mövsümünə start verilib.

Sportal.az xəbər verir ki, açılış matçında "Neftçi" ilə "Naxçıvan" üz-üzə gəlib. Qarşılaşma Muxtar Respublika təmsilçisinin 84:79 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, I tura oktyabrın 20-də yekun vurulacaq. Azərbaycan Basketbol Liqasında 12 komanda mübarizə aparır.

Xəbər xətti