"Sabah" - "Neftçi" matçının biletləri satışda

21:44 - 18 Oktyabr 2024

"Sabah"ın Misli Premyer Liqasının ikinci dövrəsində ilk ev oyunu “Neftçi”yə qarşı olacaq.

Sportal.az xəbər verir ki, XI tur çərçivəsində baş tutacaq görüş oktyabrın 27-də, saat 17:00-da “Bank Respublika Arena”da baş tutacaq.

Oyunun biletləri artıq satışdadır. Biletləri bu gündən etibarən onlayn şəkildə “iticket.az” saytından (https://iticket.az/events/sport/sabah-fk-neftci-pfk27/131204), həmçinin oyun günü “Bank Respublika Arena”nın kassalarından əldə edə bilərsiniz.

Xəbər xətti