"Qarabağ" "Kəpəz"ə qalib gəldi - YENİLƏNİB

19:46 - 18 Oktyabr 2024

Bu gün futbol üzrə Misli Azərbaycan Premyer Liqasında 10-cu tura start verilib.

Sportal.az xəbər verir ki, turun ilk oyun günündə bir qarşılaşma olub. “Kəpəz” “Qarabağ”ı qəbul edib. Matç qonaqların 5:0 hesablı qələbəsi ilə başa çatıb.

18:00 “Kəpəz” – “Qarabağ”  0:5

Qollar: Emmanuel Addai, 17, Aleksey İsayev, 51, Leandro Andrade, 54, Toral Bayramov, 67, Aleksey Kaşuk, 78
Tovuz şəhər stadionu
Baş hakim:Rəvan Həmzəzadə

Turun digər oyunları oktyabrın 19-20-də keçiriləcək. 

19 oktyabr
15:30 "Şamaxı" - "Araz-Naxçıvan"
Şamaxı şəhər Stadionu
Baş hakim:Fərid Hacıyev

18:00 "Neftçi" - "Səbail"
Bakı, "Neftçi Arena" stadionu.
Baş hakim:Rauf Cabbarov

20 oktyabr
17:30 "Zirə" -"Sabah" 
Bakı, Zirə İdman Kompleksinin stadionu.
Baş hakim:Rəşad Əhmədov

20:00 "Sumqayıt" - "Turan Tovuz"
Sumqayıt, Mehdi Hüseynzadə stadionu
Baş hakim İnqilab Məmmədov
 

Xəbər xətti