Türkiyənin "Fənərbaxça" klubunun heyətində ciddi itkilər baş verib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Ceyden Ostervolde və vingeri Cengiz Ünder sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Hər iki oyunçu Super Liqanın 9-cu turunun "Samsunspor"la səfər matçında (2:2) sıradan çıxıb.
Cengiz Ünder qasıq nahiyəsindən zədə alıb. 27 yaşlı futbolçu 3-4 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Ceyden Ostervoldenin zədəsi isə daha ciddidir. Sol dizinin ön çarpaz bağından zədə alan niderlandlı müdafiəçi uzun müddət komandaya kömək edə bilməyəcək.
saytlarin hazirlanmasi